F-1.az bildirir ki, FİA cümə günü doqquz maşının ötürmələr qutusunun dəyişdirildiyini təsdiq edib.
Niko Rosberq, Serxio Peres, Daniil Kvyat və Fernando Alonso əvvəlki sürət qutusu ilə reqalmentdə müəyyən edilmiş altı yarışlıq məsafəni qət etdikləri üçün dəyişiklik planlı şəkildə edilib.
Keçən yarışı başa vura bilməyən Kimi Rəykkönen, Felipe Massa, Colion Palmer və Markus Eriksson, eyni zamanda, İnterlaqosda start almayan Roman Qrojan da heç bir sanksiya tətbiq edilmədən ötürmələr qutusunun dəyişdirilməsi haqqından istifadə ediblər.