Dondurulmuş Zandfort – VİDEO

Niderland Qran Prisi bu il 35 illik fasilədən sonra Formula1-ə qayıtmalı idi - yenilənmiş Zandfortda mayın 3-nə yarış təyin edilmiş, biletlər isə vaxtından əvvəl satılmışdı.

F-1.az xatırladır ki, trasda rekonstruksiya işlərinin vaxtında başa çatmasına baxmayaraq, Qran Pri koronavirus səbəbiylə təxirə salınıb. Tras sadəcə FİA-nın son təftişini gözlədiyi halda, indi trasda hər cür fəaliyyət dondurulub.

Yerli həvəskar Yorq de Brun dronla tras üzərindən uçmaqla, yarışı qəbul etməyə hazır olan trasın indi necə göründüyü haqqında video yayımlayıb.

Qran Prinin təşkilatçıları yarışı böhrandan sonra yayın ikinci yarısında və ya payızın əvvəlində keçirməyə ümid edirlər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*