F-1.az xatırladır ki, Don komandası ilə dünya çempionatında 1973-cü ildə debüt etmiş və tarixində yeganə qələbəni Alan Consla 1977-ci ildə Avstriyada qazanmışdı. Komanda üçün ən uğurlu mövsümün sonunda isə bütün personal, o cümlədən komanda başçısı Alan Riz, konstruktor Toni Sautqeyt, kommersiya direktoru Ceki Oliver və sponsoru Franko Ambrozio, Shadow komandasını tərk edərək yeni Arrows komandasını qurmuşdular. Alan Cons isə Williams komandasına keçmişdi.
Nikols ruhdan düşməmişdi, yeni ştat toplamışdı, təcrübəli və sürətli Kley Reqatsoni və Hans Yoaxim Ştuku dəvət etmişdi, amma komandanın nəticələri yaxşılaşmamışdı. 1980-ci ilin ortasında isə komanda yaponiyalı iş adamına satılmışdı – Fransa Qran Prisi Shadow Racing üçün sonuncu yarış olmuşdu…