F-1.az xatırladır ki, arxada qalan 5 yarışdan dördündə avstriyalılar dubla imza atıblar…
Stefano Domenikali: “Etiraf etməliyik ki, bu il Red Bull digərlərindən daha yaxşı iş görür, bu, bir faktdır. Bununla belə, titul uğrunda mübarizənin bitdiyini söyləməyim ehtiyatsızlıq olardı.
Biz komandanın rəqabət qabiliyyətinə müdaxilə və təsir edə bilmərik. Bununla belə, əminəm ki, maliyyə reqlamenti üzərində aparılan işlər sayəsində biz bəzi komandalarla digərləri arasında texniki fərqi minimuma endirmək üçün hər şeyi etdik”.