Domenikali: Pozuntuları daha tez aşkar etmək lazımdır

Formula 1-in baş direktoru Stefano Domenikali hesab edir ki, gələcək maliyyə pozuntuları ötən illə müqayisədə daha tez araşdırılmalıdır.

F-1.az xatırladır ki, keçən il Red Bull komandası büdcə məhdudlaşdırılması qaydalarını pozduğuna görə, cərimələnib – amma yoxlama-təftiş müddəti mart ayından xeyli vaxt çəkib.

Stefano Domenikali: “Biz FİA ilə danışdıq ki, belə vəziyyətlərdə qaydalara uyğunluğun yoxlanılması 2022-ci ildən daha az vaxt aparmalıdır. Nəzarət və sertifikatlaşdırma daha sürətli aparılmalıdır ki, qanun pozucuları ilə bağlı yaranan problemlərin ən qısa zamanda həlli təmin edilsin.

Biz görürük ki, digər idman növlərində belə bir yoxlama bəzən çox vaxt aparır, məncə, cavab üçün çox uzun olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*