Domenikali komandaların sayını artırmaq üçün danışıqlar aparır

Biz xəbər vermişdik ki, FİA F1-də iştirak etmək istəyən komandaların ərizə qəbulunu artıq dayandırıb və gələn müraciətləri araşdırmaqla məşğuldur.

F-1.az bildirir ki, yalnız bir komandanın işitrak hüququ qazanacağı güman edilir, lakin federasiya nümayəndəsi daha çox yeni iştirakçıların ola biləcəyini açıqlayıb.

İtaliya mətbuatı xəbər verir ki, Formula1 prezidenti Stefano Domenikali hazırkı komandalarla yeni müqavilə sazişi üzrə danışıqlar aparır və bu müqaviləyə komandaların sayını on ikiyə çatdırmaq bəndinin daxil edilməsi təklif olunur.

Mövcud komandaların bir çoxunun rəhbərləri belə bir təklifə *istəksiz yanaşırlar, çünki onlar mükafat pulunu daha çox iştirakçı arasında bölüşdürmək istəmirlər. Bununla belə, Domenikali mövcud komandaların mümkün maliyyə itkilərini kompensasiya etmək üçün yeni komandaların giriş haqqını indiki 200 milyon dollardan 1 milyard dollara qaldırmağı təklif edir.

Əvvəllər Stefano Domenikali giriş haqqının artırılacağını təsdiqləsə də, 2023-cü ilin aprelində bu, təxminən 600 milyon dollar idi. Görünür, bu qədər təzminat komandalara bəs etməyəcək və italyan mütəxəssis təklifi artırmalı olub.

Xatırladaq ki, müraciət edənlərdən bir neçəsinin adı artıq məlumdur ki, onlardan da ən çox diqqət çəkəni Andretti Cadillac qrupudur.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*