Domenikali: Komandaların dəyəri milyarda çatıb

Formula1-in rəhbəri Stefano Domenikali bildirib ki, çempionata marağın artması səbəbindən bəzi komandalara, demək olar ki, bir milyard ABŞ dolları məbləğində təkliflər gəlir.

F-1.az xəbər verir ki, hazırda FİA potensial yeni komandalardan daxil olan müraciətləri öyrənir, lakin Domenikali cari on komandanın Formula1 üçün kifayət olduğuna inanmaqda davam edir.

Stefano Domenikali: “Vurğulamaq istəyirəm ki, bu, mənim fikrimdir, amma artıq yaxşı şoumuz varsa, deməli, 20 maşın kifayətdir.

Əgər iki sürücü titul uğrunda mübarizə aparırsa, çempionat artıq böyük diqqət mərkəzindədir. Mübarizə iki komanda və ya dörd maşın arasında gedirsə, bu, sadəcə inanılmazdır. Təsəvvür edin ki, 20 maşının hamısı trasda bərabər mübarizədə iştirak edir – bu, təsirli olardı.

Aydınlaşdırmaq istəyirəm ki, Formula1-ə qatılmaq istəyənlərə “yox” demirəm. Bəzən mənə elə gəlir ki, mən proteksionist kimi çıxış edirəm, amma bu belə deyil. Mən düzgün iştirakçını görmək və eyni zamanda Formula1-ə artıq sərmayə qoyan hazırkı komandalara hörmət etmək istəyirəm.

İndi hər kəs çox sürətli qatarın son vaqonuna tullanmaq istəyir, lakin biz ehtiyatlı davranmalı və düzgün qərar verməliyik. Mən bunu deməyə çalışıram.

Gələcək üçün düzgün variantı seçmək üçün hazırda FİA ilə müraciətləri qiymətləndiririk. Bu, həm də yeni Razılıq Müqviləsinin imzalanması ilə bağlıdır, çünki hazırkı müqavilənin müddəti 2025-ci ilin sonunda başa çatır. Hələ çox vaxt var, lakin qiymətləndirməni indi etmək lazımdır, çünki biz artıq Formula1-dən sıfır dəyərlə gələn və gedən yeni komandaların nümunələrini görmüşük. İndi bütün komandalar sabit maliyyə vəziyyətindədirlər, qazanc əldə edirlər və trasda rəqabət aparmaq üçün texniki imkanlara malikdirlər.

Ona görə də qarşıdakı müzakirələrdə biz düzgün cavabı tapmalıyıq – Formula1-də on komanda saxlamaq, yoxsa daha çox iştirakçı dəvət etmək və ya Formula1-ə qoşula biləcək yalnız bir, lakin çox, çox güclü komanda üçün istisna etmək – bütün bu mövzular müzakirə, özü də ciddi müzakirə olunmalıdır.

Qısa müddətdə komandaların dəyəri artdı. İki il əvvəl biz yeni Razılıq Müqaviləsini imzalayanda bildirmişdik ki, potensial yeni üzv 200 milyon rüsum ödəməlidir. Belə rəqəmlər əlçatmaz görünürdü, çünki yaxın keçmişdə komandaların bir funt sterlinqə satıldığı nümunələri var idi.

Ancaq indi bazarda demək olar ki, bir milyarda komanda almaq təklifləri var, lakin komandalar bu təklifləri rədd edir. Bunu təsəvvür edə bilərsinizmi?

Bu cür rəqəmlər hansı ekosistem qurduğumuz barədə fikir verir. Biz dinamikanın vacib olduğu və komandaların dəyəri nə qədər yüksək olsa, biznes platformamız bir o qədər güclü olacağı bir struktur qururuq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*