Domenikali: Formula1 düzgün istiqamətdə irəliləyir

Honda bu gün səhər 2026-cı ildə Aston Martin-in güc qurğusu təchizatçısı kimi Formula1-ə qayıdacağını açıqlayıb.

F-1.az xəbər verir ki, çempionatın rəhbəri Stefano Domenikali bu addımı Formula1-in gələcək inkişafı üçün seçilmiş yolun düzgünlüyünün sübutu hesab edir.

Stefano Domenikali: “Formula1 üçün əla xəbərdir ki, Honda 2026-cı ildən Aston Martin-in güc qurğusu təchizatçısı olacaq. Qlobal platformamızın brendlərə böyük artım potensialı təqdim etdiyinə dair daha bir sübut əldə etdik.

Bundan əlavə, bu kimi xəbərlər 2026-cı il üçün təmiz yanacaq planımızın düzgün yolda olduğunu göstərir və avtomobil dünyasına planetin emissiyalarını azaltmaq üçün alternativ həllər təklif edir.

Biz hamımız Aston Martin-in idmanımıza inanılmaz bağlılığını görürük və bu maraqlı əməkdaşlığın fəaliyyətdə olduğunu görmək üçün səbirsizlənirik. Bu gözəl xəbər münasibətilə hər iki tərəfi təbrik etmək istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*