Domenikali: Formula1-də heç kim susmayacaq

Stefano Domenikali açıq şəkildə bildirib ki, Formula1 rəhbərliyi sürücülərin vacib hesab etdikləri hər hansı bir məsələ ilə bağlı danışmaq hüququnu dəstəkləyir və FİA-nın yaxın gələcəkdə öz mövqeyini aydınlaşdıracağını gözləyir.

F-1.az xəbər verir ki, F1-in prezidenti və baş icraçı direktoru FİA-nın Beynəlxalq İdman Məcəlləsinə federasiyanın əvvəlcədən razılığı olmadan sürücülərin “siyasi, dini və ya şəxsi” ifadələr verməsini qadağan edən mübahisəli düzəlişlərini nəzərdə tutub.

Domenikali hesab edir ki, idman yalnız Dünya Kubokunun iştirakçılarına ifadə azadlığı verildikdə qazana bilər.

Stefano Domenikali: “Formula1-də heç kim susmayacaq. Hər kəs nəsə demək istəyir və hər kəsin istədiyini deyə biləcəyi platforma varsa, bu, düzgün yanaşmadır. Bu şəkildə daha yaxşı olacaq. Formula1-in böyük imkanları var, çünki idmanımız daha qlobal, multikultural və dəyərlər baxımından müxtəlifdir.

20 sürücü, 10 komanda və çoxlu sponsorlarımız var, hər kəsin fərqli fikirləri, fərqli baxışları var. Mən kimin haqlı, kimin haqsız olduğuna qərar verə bilmirəm və hər kəsin öz fikrini açıq şəkildə bildirməsi üçün platforma lazımdır. Formula1 öz yanaşmasını dəyişməyəcək. Bu, bizim əməl etdiyimiz xətt olmalıdır: hər kəsin çıxış etmək imkanı olmalıdır, lakin bu, aqressiv və təhqiredici intonasiyalar olmadan düzgün, hörmətlə edilməlidir…

Söhbət FİA-nın məsuliyyət daşıdığı müəyyən qaydalardan getdiyi üçün inanıram ki, federasiya Beynəlxalq İdman Məcəlləsində təsbit olunmuş bəzi müddəalara aydınlıq gətirəcək. Əminəm ki, FİA bizim fikirlərimizi bölüşür, lakin federasiya Beynəlxalq Olimpiya Komitəsinin bir hissəsi olduğu üçün onların riayət etməli olduğu bir sıra protokollar var.

Keçən il sürücülərlə bütün bu mövzularda müzakirə apardım ki, Formula1 bizim haqqında danışmalı olduğumuz bəzi şeylərə diqqəti cəlb etmək üçün platforma ola bilər. F1 müəyyən mövzuları gündəmə gətirmək istəyən sürücülərə kömək etməlidir. Konstruktiv dialoqun qurulması vacibdir. Bu, baş verməsə, anlaşılmazlıqlar və ya problemlər yarana bilər ki, bunun da qarşısını almaq olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*