F-1.az xatırladır ki Formula1-in başçısı Stefano Domenikali də Skuderiyaya rəhbərlik edib və 2014-cü ildə işdən çıxarılıb, ona görə də onun Ferrari-dəki kadr dəyişikliyi ilə bağlı fikirlərini eşitmək xüsusilə maraqlıdır.
Stefano Domenikali: “Hazırkı mövqeyimi nəzərə alaraq, vəziyyəti şərh etməyə haqqım yoxdur, amma Mattia Binottoya gələcəkdə ən yaxşısını arzulaya bilərəm. Arzu edirəm ki, Ferrari bu il başlayan və mövsümün sonunda ikincinciliklə nəticələnən yoluna davam etməsinə kömək edə biləcək adamı tapacaq. Uğurlu mövsüm keçirən Karlos Saynsla yanaşı, komandanın da yüksək səviyyədə rəqabət apara bilməsi Formula1 üçün vacibdir”.