Robert Kubitsanın meneceri Daniele Morelli təkid edir ki, onun sürücüsü fevral ayında ralli yarışında aldığı ağır zədənin nəticələrini uğurla aradan qaldıracaq və idmana qayıdacaq…
Dainele Morelli: “Robert tədricən sağalır. Onun vəziyyəti yaxşılaşıb, bərpa prosesi davam edir. Avqustda biz bərpa prosessinin son mərhələsinə başlamalıyıq: düzgün təşkil olunmuş məşqlər sayəsində zədənin bütün nəticələrini aradan qaldırmaq mümkündür.
Gələcəyə gəlincə, biz nikbin köklənmişik. Mütəxəssislər inanırlar ki, Robert Robert tam sağala bilər və onun yarış ehtirası əvvəlkindən də güclüdür. O Formula1 və ralli yarışlarını diqqətlə izləyir.”
Aydındır ki, bu yolla Morelli hamını Robert Kubitsanın idmana qayıtmasına hazırlayır…