İtaliyalı həkimlər bildiriblər ki, Robert Kubitsa ağır qəzadan bir il sonra tam sağala bilər, ona görə də Lotus Renault GP komandası polaşlı sürücünün BMW Sauber-də komanda yoldaşı olmuş Nik Haydfeldi Xeres testlərinə dəvət edib. Təcrübəli alman sürücü Kubitsanın yerinə əsas namizəd kimi yoxlanılacaq.
Kubitsanın meneceri Daniel Morelli başa düşür ki, hələ proqnoz söyləmək…
Daniel Morelli: “Mən ona qəzadan, sınıq və zədələrin ağırlığından danışdım, Robert şokda idi. Biləndə ki, hələ uzun müddət Formula1-i kənardan izləməli olacaq, çox üzüldü. Axı sabah o yeni Renault R31-i Xeresdə test etməli idi. Komanda birinci dəfə Robertə uyğun olan maşın qurub…
Amma o rallini də sevir, əvvəlki 12 yarış problemsiz ötüşmüşdü, düzdür, bu barədə heç düşünmürəm, amma bu, onun 13-cü yarışı idi…”
Morelli bildirib ki, hazırda qonorar barədə az düşünür – komanda 2011-ci ildə Robertə 6 milyon Avro ödəməli idi…
Daniel Morelli: “Hər bir sürücünün sığortası var. Amma hazırda bu bizi heç narahat etmir. Biz başa düşürük ki, bizi qarşıda nələr gözləyir və Roberti yenidən kokpitə qaytarmaq üçün nə etmək lazımdır.”