Avstraliya Qran Prisinin stüardları Daniil Kvyatı cərimə ediblər – cəriməyə səbəb rusiyalı sürücünün pit-leyndə sürət həddini aşması olub.
Avstraliya Qran Prisinin bütün sessiyalarında pit-leyndə hərəkət sürəti 60 km/saatla məhdudlaşdırılıb. Kvyat isə 65.2 km/saat sürətlə hərəkət edib və buna görə FİA-nın kassasına 600 Avro vurmalı olacaq.