D.Kulthardın Abu Dabi təəssüratları…

Abu Dabi Qran Prisi ərəfəsində Dəvid Kulthard yeni avtodromdan aldığı təəssüratları barədə geniş danışıb… Dəvid Kulthard: “Mən ikiyerli xüsusi maşınlarda […]

Abu Dabi Qran Prisi ərəfəsində Dəvid Kulthard yeni avtodromdan aldığı təəssüratları barədə geniş danışıb…

Dəvid Kulthard: “Mən ikiyerli xüsusi maşınlarda bu trasda dövrə vurmaq imkanı qazandım, tras məni ikili xüsusiyyəti ilə təəccübləndirdi. Dövrənin birinci yarısı yeni avtodromlar üçün ənənəvidir – birinci döngədən dördüncü döngəyə qədər sürətli hissə, tribunanın altında gərgin sancaq, tamaşaçılar burdakı mübarizəni əla görəcəklər və 1.2 kilometrlik düz yol, burda da slip-strimlə ötmək mümkün olacaq.

Trasın ikinci yarısı ənənəvi küçə traslarını xatırladır, siz mehmanxananın altından keçirsiniz, 90 dərəcəli sağ və sol döngələrə çıxırsınız və bundan sonra əsas düz yola düşürsünüz.

Bokslara giriş də çox qəribədir, elə çıxış da, trasın altındakı tuneldə yerləşirlər. Xidmət vasitələri gözəldir, kondisionerlər işləyən boksalr komandalara asanlıq gətirəcək, axşama yaxın start isə sürücüləri gün istisindən qoruyacaq – gündüz burda çox isti olur.

Qaranlıq vaxtında finiş trasdakı tamaşaçıların və televiziya auditoriyasının çox xoşuna gələcək, məncə, sürücülərin heç bir problemi olmamalıdır – süni işıqlandırma sistemi gündüzdən gecəyə rahat keçməyə imkan verəcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*