D.Kulthard: “Hamı Şumaxerin tez sağalmasını arzu edir”

F-1.az xəbər verir ki, bu gün Autosport İnternational şousunda Devid Kulthard yenə də səhnəyə qalxıb və Mixael Şumaxerlə trasda gərgin […]

F-1.az xəbər verir ki, bu gün Autosport İnternational şousunda Devid Kulthard yenə də səhnəyə qalxıb və Mixael Şumaxerlə trasda gərgin mübarizəsini xatırlayaraq, almaniyalı sürücüyə tezliklə sağalmasını arzu edib…

Devid Kulthard: “Yaxşı yadımdadır ki, 2000-ci ilin Fransa Qran Prisində yarışda liderlik uğrunda mübarizə zamanı Mixaelə barmaq göstərmişdim. Mən həmin an göstərmək istəyirdim ki, mən birinci olmaq istəyirəm. Yarışdan bir neçə gün əvvəl Nescafe ilə əxsi müavilə də imzalamışdım. Amma indi həmin ahdisəyə gülməyim tutur – axı Mixael mübarizə vəziyyətində mənim işarəmi görə bilməzdi. Həmin an mən düşünürdüm ki, mən Mixaeli uda bilərəm, yəni ondan güclüyəm, amma indi başa düşürəm ki, Mixael tam başqa bir liqada çıxış edirdi.

Məncə, bu gün Mixaelin bütün azarkeşləri arzu edirlər ki, o, ağır zədələnmədən sonra normal həyata qayıtsın. Biz hamımız onun tez sağalmasını arzu edirik.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*