Renault-nun yaşadığı növbəti qalmaqal əsasında Flavio Briatore və Pət Simonds komandanı tərk ediblər, amma Dəvid Kulthard hesab edir ki, onların hər ikisi tezliklə Formula1-ə qayıdacaqlar…
Dəvid Kulthard: “Məncə, bu qalmaqalı tam təfərrüatı ilə mətbuatda açıqlandırıblar. Keçənilki Sinqapur yarışı hadisələrə katalizator oldu: Nelsinyo Pike Renault-nu tərk etdi və FİA-ya müəyyən bir məlumat ötürməyi qərara aldı, FİA izə öz növbəsində araşdırmaya başladı. Nəticədə təyin olunmuş iclasa qədər Flavio Briatore və Pət Simonds komandanı tərk etdilər.
Bəlkə də tezliklə hər şey hamıya daha dəqiq məlum olacaq. Məncə, Flavio və Pət rəsmi bəyanat yayacaqlar – istənilən halda FİA bizi baş verənlərin təfərrüatları ilə tanış edəcək, artıq bazar ertəsinə az qalıb. İnsanlar elə belə getmirlər – ya onlar nəsə pis iş görüblər, ya da ən yaxşı yolu seçiblər.
Əminəm ki, Pət özünə digər bir yer tapacaq – onun avtoidmanda böyük təcrübəsi var. Elə Flavio da Formula1-lə əlaqələrini saxlayacaq – o dahi şoumendir və böyük biznesmendir. Əgər o səhv qərar qəbul edibsə, onda cəza almalıdır, amma biz yadda saxlamalıyıq, belə insanlar həmişə böyük pressinq hiss edirlər, pressinq isə səhvlərə gətirir…”