Diter Tsetşe istefaya gedəcək?

Almaniya mətbuatında yayılan xəbərlərə görə, Daimler AG konserninin başçısı Diter Tsetşe gələn ilin əvvəlində istefaya gedəcək və bu addımı ilə konserndə strukturun yenidənqurulmasına start verəcək.

F-1.az bildirir ki, əvvəllər planlaşdırıldığından altı ay əvvəl baş tutacaq – yəni artıq may ayında icraçı direktor vəzifəsini Ola Kallenius tutacaq, iyuldan isə strukturun yenilənməsi planlaşdırılır.

Daimler konsernindən bildiriblər ki, rəhbərliyin dəyişməsi “avtomobil sənayesinin yenidənqurulması (elektromobillərin, avtonom nəqliyyat vasitələrinin inkişafı və s.) problemlərinə” cavab addım kimi atılıb.

Düzdür, bəzi KİV nümayəndələri bildiriblər ki, Tsetşe bir neçə ildən sonra konsernə qayıdacaq, amma bu dəfə müşahidə şurasının sədri postunda Manfred Bişofu əvəz edəcək – Bişofun müqaviləsi 2021-ci ildə başa çatır.

Diter Tsetşe 1953-cü ildə İstanbulda anadan olub, ömrünün 40 ilini Daimler AG-də çalışıb, 1998-ci ildə idarə heyətinə üzv seçilib. Tsetşe həmişə Mercedes-in idman proqramını dəstəkləyib və bir çox Qran Prilərində iştirak edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*