Biz artıq yazmışdıq ki, Bəhreyn Qran Prisində FİA-nın texniki mütəxəssisləri komandaların nümayəndələri ilə görüşüblər və maşınların arxa hissələrinin konstruksiyalarını müzakirə ediblər. Xüsusən də müzakirələr xarici startyorun dəliyi ətrafında qızışıb – bəzi maşınlarda dəlik həddindən artıq böyük olub və diffuzorun işinin effektliyini artıra bilib.
Autosport qəzetinin yazdığına görə, komandalar bu elementin konstruksiyasını dəyişməli olacaqlar – mövsümün ilk ayrışının nəticəsi dəyişməz qalacaq, amma ikinci yarışdan başlayaraq yeni qaydalar tətbiq olunacaq. Britaniyalı jurnaistlər yalnız iki komandanın adını öyrənə biliblər – Renault və Force İndia.
Texniki reqlamentdə startyorun dəliyinin ölçüləri konkret göstərilməmişdi, 3.12.7 maddəsi startyor üçün arxa hissədə “minimum bir dəliyin” olmasını tələb edir. Tədricən bu dəlik çox böyüyüb, komandalar əvvəllər motoru işə salmaq üçün çubuq şəkilli startyorlardan istifadə etsələr də, son zamanlar bu iş üçün ekzotik formalı alətlərdən yararlanırdılar. İlk dəfə bu formadan keçən il Brawn GP mühəndisləri istifadə ediblər.
Dəlik o dərəcədə böyüyüyb ki, faktiki olaraq maşının altından havanın çıxması üçün daha bir tunel rolunu oynayır, nəticədə maşının asfalta yatma qüvvəsi artır və maşın daha stabil olur, xüsusən də əylənmədə – maşının arxası bir qədər qalxdığından aerodinamika effektliyini itirir.
Bəhreyn yarışından sonra FİA reqlamentdə dəqiqləşdirmələr aparıb. Artıq startyorun dəliyinin ölçüləri ciddi müəyyən olunub, dəliyin yeri də məhdudlaşdırılıb.
Melburn yarışından əvvəl maşınların arxa hissəsinin konstruksiyasında minimum dörd komanda dəyişiklik etməli olacaq…