Deymon Hill: Liderlik təqib etməkdən daha yaxşıdır

1996-cı il dünya çempionu Deymon Hill F1 Explains podkastında 2024-cü ildə çempionluq uğrunda mübarizədə Maks Ferstappenin vəziyyətinin Lando Norrisin vəziyyətindən daha üstün olduğunu bildirib.

F-1.az xatırladır ki, çempionatın sonun 6 yarış qalmış Maks əsas rəqibi Landonu 52 xal qabaqlayır.

Deymon Hill: “Düşünürəm ki, üstünlüyə sahib olmaq və onu qorumaq daha yaxşıdır. Rəqibi təqib edəndə itirəcək bir şeyiniz yoxdur, amma mütləq rəqibdən öndə olmalı və xal qazanmalısınız. Xallar artıq sizdə olanda həmişə daha yaxşıdır.

Maks liderdir və itirəcək bir şeyi var. 96-cı ildə mənim də buna bənzər bir vəziyyətim olmuşdu, mövsümün sonunda üstünlük azalmışdı. Müəyyən bir anda – “Biz öndəyik və mütləq qalib gələcəyik”, – deyə düşünürsən, amma bütün idman növlərinin qızıl qaydası irəli qaçmamaqdır. İndiki anı yaşamaq və həmişə sonadək mübarizə aparmaq lazımdır”.

Hill əlavə edib: “Yarış ərzində çempionluq haqqında düşünmək və xalları saymaq olmaz, hər şeydən əvvəl öndə qalmağa diqqət yetirmək lazımdır. Ən çox xalınız varsa, siz qalib gəlmisiniz.

Bəzən çempionluğa lazım olan xalları əldə etmək üçün yarışda liderliyi və ya qələbəni əldən verə bilərsiniz. Bütün mümkün ssenarilər start götürməzdən əvvəl hesablanmalıdır ki, yarış zamanı onlar haqqında düşünmək əvəzinə nəticəyə diqqət yetirəsiniz”.

Qeyd edək ki, Deymon Hill 1996-cı ildə Williams komandasının tərkibində Formula1 üzrə dünya çempionu olub. O, atasından sonra çempion olan ilk oğul sürücü idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*