Deymon Hill bir daha Saynsın cəriməsi barədə

1996-cı il dünya çempionu Deymon Hill F1 Nation podkastında deyib ki, o, hələ də Karlos Saynsln Avstraliyada nəyə görə cərimə olunduğunu başa düşməyib.

F-1.az xatırladır ki, Ferrar-nin sürücüsü bu cərimədən sonra 4-cü yerini itirərək vacib xallardan məhrum olub…

Deymon Hill: “Mən başa düşə bilmirəm ki, Karlos Sayns əslində yarışın olmadığı bir vaxtda necə beş saniyəlik penalti qazandı, çünki bu dövrə ləğv edildi, lakin bu penalti onun nəticəsinə təsir etdi.

Düşünürəm ki, başqa bir cəza seçməli idi. Superlisenziyaya cərimə xalları əlavə etmək mümkündür – stüardların belə imkanı var. Sayns Alonsonun maşınını vurduğuna görə cərimələndi, lakin sonra Fernando öz yerinə qaytarıldı, Karlos isə onluqdan kənarda qaldı, baxmayaraq ki, insident baş verən dövrə faktiki ləğv edilmişdi.

Bir sıra digər insidentlərin, o cümlədən Alpine sürücülərin toqquşması da daxil olmaqla bütün dövrə protokoldan silinir, amma Karlos mövcud olmayan dövrəyə görə cərimələnir. Belə məsələdə bir xətt olmalıdır və bu cərimədə həmin xətt görünmür.

Yarış direktoru çətin vəziyyətdə qalıb və mətbuatda reaksiya çox qarışıq olub. Bəziləri dedi ki, baş verənlər Formula1-də sadəcə nə edəcəklərini bilmədiklərini sübut edir. Digərləri bizim idmanımızın həqiqətən gözlənilməz vəziyyətlər yaratdığına sevinirdilər. Mən bu halı Formula1-də həmişə bəyənmişəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*