F-1.az xatırladır ki, britaniyalı mühəndis Red Bull komandası ilə 18 illik əməkdaşlıqdan sonra yolları ayrımaq qərarına gəlib. Deymon Hill F1 Nation podkastında çıxışı zamanı həmyerlisinin gələcəyi barədə fikirlərini bölüşüb.
Deymon Hill: “Ferrari Ədrianın maliyyə tələblərini qarşılamadı, McLaren-də isə hər şey yaxşıdır – əla işləyən strukturu dəyişmək düzgün olmazdı. Mənim fikrimcə, Aston Martin Nyui üçün ideal seçimdir. O bu komandanın potensialını aça bilər.
İnsanlar tez-tez deyirlər ki, Ədrian aerodinamikanın atasıdır. Amma mən hesab edirəm ki, onun görkəmli qabiliyyəti – yarış maşınını bütövlükdə başa düşməkdir. Onun bütün sahələrdən – aerodinamikadan, şassidən, mühərrikdən yaxşı başı çıxır. Və həmişə pilotu yadda saxlayır – bu da onun dərin görüşünün bir hissəsidir”.
Qeyd edək ki, Ədrian Nyui Formula1 tarixinin ən uğurlu mühəndislərindən biridir. O, Williams, McLaren və Red Bull komandaları ilə 10 Mühəndislər Kuboku və 12 pilotlar çempionluğu qazanıb. 63 yaşlı mütəxəssisin Aston Martin-ə keçidi böyük sensasiya ola bilər və komandanın qələbə perspektivlərini artırar.