Debütant karyerasında ilk poulunu qazanıb

Səudiyyə Ərəbistanında gənc sürücülərin Formula2 çempionatında mövsümün 2-ci mərhələsi start alıb. Bu gün çempionat iştirakçıları sıralanma turunda poulun sahibini müəyyən ediblər.

F-1.az xəbər verir ki, isti asflatda sürücülər dərhal sürətli dövrələr göstərməyə başlayıblar. İlk cəhdlərdən sonra ART GP komandasının debütanti Viktor Marten protokollara başçılıq edib. Onu Campos-dan Kuş Maini və Prema-dan Oliver Birman sıx təqib ediblər.

Sessiyanın ortasında sürücülər ikinci cəhdlərinə çıxıblar – amma bəzi sürücülər dövrələrini başa vura bilməyiblər: Riçar Fershorun maşınında motor sönüb. Protokollarda ilk sətrə DAMS komandasından Artur Lekler qalxıb.

Sessiyanın sonuna yaxın sürücülər son cəhdlərinə çıxıblar. Birman liderliyə yüksəlsə də, Marten möhtəşəm nəticə ilə onu liderlikdən məhrum edib – fransalı sürücü rəqibini 0.744 saniyə üstələyib. Hətta Viktorun təcrübəli komanda yoldaşı Teo Purşer hər iki debütanta uduzaraq 3-cü olub.

Beləliklə, Viktor Marten debüt mövsümündə artıq 2-ci sıralanma turunda ilk poulunu qazanıb.

Sabah qısa (sprint) yarışda reversiv qaydaya görə ilk cərgədən Cək Krouford (Hitech GP) və Ralf Bouşunq (Campos) start alacaqlar. Yarış Bakı vaxtı ilə saat 19:10-da başlayacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*