Debütant bu dəfə Monakonu fəth etdi

Bu gün Monakoda elektrikli maşınların Formula E dünya çempionatında mövsümün 9-cu yarışınının sırlanma turu baş tutub.

F-1.az xəbər verir ki, knyazlığın küçələrində sürücülər nəyə qadir olduqlarını nümayiş etdiriblər. Ənənəvi olaraq mübarizə qruplarda başlayıb.

A qrupda protkollara Nissan komadnasının sürücüləri başçılıq ediblər – Norman Nato yekun cəhdində Saşa Fenestrazı üstələyib. Onlardan başqa Dən Tiktum və Mitç Evans növbəti mərhələyə vəsiqə qazanıblar. Sonuncu dünya çempionu Stoffel Vandorn, mövsümün lideri Paskla Verlyayn, ikiqat çempion Jan Erik Vern isə qrupda qalıblar.

B Qrupundan da növbəti mərhələyə Maserti komandası tam heyətlə keçib – Maksimilian Günter protokollara başçılıq edib, Edoardo Mortara isə 3-cü olub. Onlarla birlikdə Ceyk Hyuz və Serxio Sette Kamara növbəti mərhələyə vəsiqə alıblar. Seriyanın çempionları – Sebastyen Buemi, Antoniu Feliks da Koşta və Lukas di Qrassi isə qrupdan çıxa bilməyiblər.

Pley-off mərhələsi A Qrupunda Fenestrazın Tiktumu məğlub etməsi ilə başlayıb. Qrupda ikinci qarşılaşmada isə onun komanda yoldaşı Nato Evansı üstələyib. B Qrupunda Hyuz Mortaranı, Günter isə Kamaranı məğlub edib.

A Qrupunun finalında Nissan komandasının sürücüləri üz-üzə gəliblər və bu dəfə debtant Fenestraz poul uğrunda mübarizəni davam etdirmək şansı qazanıb. B Qrupundan isə yekun finala Hyuz yüksəlib.

Finalda isə mübarizə alınmayıb – McLaren komandasının sürücüsü səhvə yol verib və mövsümün debütantı Saşa Fenestraz bu il ikinci dəfə Nissan-a poul qazandırıb.

Monakoda yarış Bakı vaxtı ilə saat 17:03-də başlayacaq

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*