De Frizin yerini Rikkardo ala bilər

Niderlandlı sürücünün mövsümün ilk yarışlarında göstərdiyi sönük çıxışı tezliklə AlphaTauri-dəki yerini itirə biləcəyi ilə bağlı söz-söhbətlərə səbəb olub.

F-1.az xəbər verir ki, Mayamidəki yarışdan sonra Red Bull komandasının ehtiyat pilotu Daniel Rikkardo AlphaTauri-nin Faentsadakı bazasına baş çəkib və oturacaq sazlanmasından keçib.

Komanda Danielin bu səfərini şərh etməyib, lakin İtaliyanın Automoto nəşri xəbər verir ki, İmoladakı növbəti mərhələdə avstraliyalı sürücü start düzümündə yer alacaq. Nik isə Red Bull-da Danielin vəzifəsinə – ehtiyat pilotluğa keçəcək.

Lakin digər italyan mənbələrinə görə, İmolada de Frisin Rikkardo ilə əvəzlənməsindən söhbət getmir. İddiaya görə, Helmut Marko özünü sübut etmək üçün Nikə daha üç yarış (İmola, Monako və Barselona) vaxt verib. Əgər bu müddət ərzində de Frizin nəticələri yüksəlməzsə, Rikkardo iyunun ortalarında baş tutacaq Kanada Qran Prisindən etibarən onun yerinə keçəcək…

Qeyd edək ki, Nik geridə qalan 5 yarışda xal qazana bilməyən iki sürücüdən biridir. Lakin onun nəticələri Loqan Sarcentinkilərdən daha pis olduğu üçün sürücülər çempionatında son sırada qərarlaşıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*