F-1.az xəbər verir ki, videoda Nik de Frizin dövrəsi iki kameradan əks olunub – biri sürücünün dəbilqəsinə quraşdırılıb, ikincisi isə kokpitdədir və pedallara yönəlib.
Keçən mövsüm televiziya yayımlarında artıq dəbilqəsaxili kameralardan istifadə olunurdu, lakin sonradan yalnız Red Bull sürücülərində qaldı. 2023-cü ildən etibarən bütün piltoların dəbilqələrində kameralar quraşdırılacaq.