De Friz: Ətrafımla ünsiyyəti kəsdim

AlphaTauri-nin yeni sürücüsü Nik de Friz Formula1-ə keçəndən sonra onun ətrafında daha əvvəl karyerasının uğurla davam etdirməsinə inamını itirənlərin yenidən peyda olmasına təəccüblənib.

F-1.az xəbər verir ki, niderlandlı sürücü Monzadakı uğurlu çıxışı sayəsində bu il üçün AlphaTauri komandası ilə müqavilə imzalayıb.

Nik de Friz: “Bəzi insanlar heyrətamiz dərəcədə həyasızdırlar. İllərdir özünü tanıtmayan, heç vaxt dostum olmayanlar birdən mənim Formula1-də yarışacağımı bildikdən sonra yenidən əlaqə saxladılar. Ötənilki Monza yarışından sonra ətrafımda məndən nəsə istəyənlər peyda oldular. Və mən onlardan uzaqlaşmalı oldum.

Əvvəllər öz karyeramı özüm idarə edirdim, amma bu yaxınlarda ətrafımla ünsiyyəti azaltmaq və yarışlara diqqətimi artırmaq üçün agent işə götürməli oldun. İndi elə bir hiss var ki, hər şey normala qayıdır.

Mənim iki yaşım olanda valideynlərim ayrılıblar. Atam və bacımla böyümüşəm. Və ailəmiz həmişə mənim karyeram ətrafında fırlanıb, xüsusən də ilk illərdə. İndi mənə də arxalana biləcəyim insanlar lazımdır. Agent Giyomu on ildən çoxdur ki, tanıyıram. İnternet mağazanı bacım idarə edəcək, arxa planda isə atam hər şeyə nəzarət edəcək.

Azarkeşlərin məni necə qəbul edəcəklərindən narahat deyiləm. Formula1-dəki ilk mövsümüm ərəfəsindəyəm. Mən onların mənə mənim çıxışlarıma görə hörmət etmələrini istəyirəm. Mən əvvəlki kimi qalacağam, bu baxımdan heç nə dəyişməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*