F-1.az xəbər verir ki, lakin Monako Qran Prisindən sonra Nik avstriyalıdan təriflər eşitdi və İspaniyada da 14-cü yer üçün xal qazanmasa da, inamlı həftəsonu keçirib.
De Friz hesab edir ki, Barselonadakı mərhələdə o, irəliyə doğru bir addım atıb və gələcək inkişafı səbirsizliklə gözləyir.
Nik de Friz: “Düşünürəm ki, son iki həftəsonu ümidverici oldu. Biz müxtəlif növ traslarda yarışırıq, ona görə də bizə hər cür şəraitdə güclü və rəqabətədavamlı olan maşın lazımdır. Qarşıda bizi Kanadada yeni çağırış gözləyir, amma ümid edirəm ki, əvvəlki iki həftədə əldə olunan inkişaf əsasında təkmilləşməyə davam edəcəyəm və yarışlarda hər fürsətdən istifadə edə biləcəyik”.