Daytonada sıralanma turunu Tom Blomkvist qazanıb

Gələn həftəsonu Florida ştatındakı Daytona İnternational Speedway avtodromunda ənənəvi Daytonanın 24 saatlıq marafonu ilə dünya dözümlülük yarışları mövsümü başlayır.

F-1.az xəbər verir ki, sıralanma turu dünən gecə baş tutub və çox diqqət çəkib. Çünki ilk dəfə olaraq Amerika İMSA Çempionatına Acura, BMW, Cadillac və Porsche zavod komandalarının ən son LMDh sinif idman prototiplərini idarə edən sürücülər də qatılıblar. Bu çempionatın özünəməxsus xüsusiyyətləri olduğundan, burada hibrid güc qurğuları ilə çıxış edən maşınlar GTP (Grand Touring Prototype) kateqoriyasına toplanıblar, lakin eyni bu maşınlar WEC-də yarışacaq eyni prototiplərdir.

Bu sinifdə bazar gününün sıralanma turunu Böyük Britaniyada anadan olmuş və Yeni Zelandiyada yaşayan təcrübəli isveçli Tom Blomkvist qazanıb. Tom şərəfini qoruduğu Meyer Shank Racing komandasının Acura ARX-06 prototipində ən yaxşı dövrəsini 1 dəqiqə 34.031 saniyəyə başa vuraraq ikinci olan Felipe Nasrı cəmi 0.083 saniyə qabaqlayıb. Braziliyalı keçmiş Formula1 sürücüsü İMSA seriyasında çoxdan və uğurla çıxış edir və bu ildən Porsche Penske Motorsport komandasının Porsche 963-ünü idarə edir.

Üçüncü nəticəni Wayne Taylor Racing komandası üçün Acura ilə Riki Teylor qazanıb.

Nəticədə, gələn şənbə Daytonada ilk cərgədə (bir cərgədə üç maşın dayanır) iki Acura və bir Porsche idman prototipləri dayanacaq, ikinci cərgəni isə bütünlüklə Cadillac maşınalrı tutublar. BMW zavod komandasının sürücüləri yalnız 7-ci və 8-ci nəticələr göstəriblər, amma qeyd edək ilk səkkizliyi cəmi 0,815 saniyə ayırıb.

Ona görə də bizi maraqlı yarış gözləyəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*