David Sançes McLaren-ə keçəcək

Ferrari komandasının aerodinamika departamentinin rəhbəri David Sançesin tutduğu vəzifədən qovulduğunu və məcburi məzuniyyətə göndərildiyini yazmışdıq.

F-1.az xəbər verir ki, F1-də yazılmamış qaydalara görə, bu da ona bir müddət başqa komandalarla əməkdaşlıq etməyə imkan vermir.

Amma paddokda gəzən şayiələrə görə, Sançesin artıq müqaviləsi var – məzuniyyətdən sonra fransız mühəndis Andrea Stella ilə işə qayıdaraq McLaren-ə keçəcək.

Sançes 2007-ci ildən 2012-ci ilə qədər McLaren-də aerodinamika üzrə baş mütəxəssis, daha sonra Ferrari-yə getməzdən əvvəl aerodinamika şöbəsində komanda lideri kimi çalışıb. McLaren-dən əvvəl Sançes 2005-2007-ci illərdə Renault-da aerodinamika mütəxəssisi olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*