Daniil Kvyat mövsümü dözümlülük yarışlarında keçirəcək

Daniil Kvyat bavtoidmana qayıdır - keçmiş Formula1 sürücüsü bu mövsümü Dünya Dözümlülük Çempionatında (WEC) keçirəcək və Prema Racing komandasının tərkibində 24 saatlıq Le Man marafonunda iştirak edəcək.

F-1.az xəbər verir ki, italyan komandası LMP2 sinfində Gibson mühərrikli iki Oreca maşını ilə çıxış edir. Daniil Kvyat italyan Mirko Bortolotti və fransalı Dorian Pininin tərəfdaşları olacağı 63 nömrəli ekipajda yarışacaq. Digər maşında 9 nömrəli ekipajda dörd sürücü var: Xuan Manuel Korrea, Filip Uqran, Bent Fiskal və Andrea Kaldarelli.

Daniil Kvyat: “Məni karyeramın maraqlı hissəsi gözləyir – Prema-ya qoşuldum və biz WEC-də birlikdə yarışacağıq. Komanda əvvəlki uğurları ilə məşhurdur və indi dözümlülük yarışları dünyasını fəth etməyi hədəfləyir. Mən bu layihənin bir hissəsi olmaqdan həyəcanlıyam və liderliyi ələ keçirmək üçün əlimdən gələni etmək üçün son dərəcə motivasiyalıyam”.

2023-cü ilin WEC mövsümü 11-12 mart tarixlərində proloq və 17 martda Sebrinqdə yarışla başlayır. 100-cü 24 saatlıq Le Man marafonu 10-11 iyun tarixlərində baş tutacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*