F-1.az xəbər verir ki, heç bir komandada əsas sürücü olmasa belə, avstraliyalı sürücü peletonda ən yüksək maaşlardan birini alacaq.
Danielin gəlirinin böyük hissəsi müqavilənin vaxtından əvvəl ləğvi üçün kompensasiya kimi McLaren tərəfindən təmin ediləcək. Fransanın Sportune nəşrinin məlumatına görə, Britaniya komandası Rikkardoya 21 milyon avro dəbbə pulu ödəyəcək.
Daniel Red Bull-dan yeni müqavilə ilə daha iki milyon avro maaş alacaq. Ümumilikdə 23 milyon avro avstraliyalı sürücü üçün Formula1 karyerasında ən böyük illik gəlir olacaq.
Gələn mövsüm Rikkardo Red Bull-un simulyatorunda işləyərək maşını təkmilləşdirməyə kömək edəcək və komandanın sponsorluq tədbirlərində iştirak etmək üçün mövsümün müəyyən mərhələlərinə gələcək.