F-1.az xatırladır ki, İspaniya yarışı 28-30 aprel tarixlərində Xeresdə baş tutacaq.
Françesko Qvidotti: “Danini xüsusi dəvətlə İspaniyada yarışdıracağıq. Bu isə onu göstərir ki, o bizim üçün önəmlidir. O, bu layihəyə böyük qatqı verib. Həm testlərdə, həm də yarışda ona potensialını göstərməsi üçün fürsət verəcəyik.
Xeres test üçün əla yerdir. Bundan başqa Dani bu trası əla tanıyır. Bu test motosikletimizin inkişafı üçün vacibdir. Danini yenidən boksumuzdə görmək üçün səbirsizlənirik”.