Damon Hill: Peres döyüşsüz təslim olmayacaq

Formula1 1996-cı ildə dünya çempionu olmuş Deymon Hill əmindir ki, Red Bull pilotları Maks Ferstappen və Serxio Peres arasındakı gərginlik mövsüm irəlilədikcə aradan qalxmayacaq.

F-1.az xatırladır ki, mövsümün ilk iki yarışında Maks və Serxio hərəyə bir qələbə qazanıblar, çempionatda isə son dövrədəki sürətli dövrə hesabına niderlandlı sürücü irəlidədir.

Deymon Hill: “Çeko kiminlə mübarizə apardığını yaxşı bilir, amma döyüşsüz təslim olmayacaq. Bu, olduqca maraqlı mövsüm ola bilər. Problem ondadır ki, Maks bir növ təbii fəlakətdir. O, Çekonun titul yolunda ona mane olmaması üçün komandaya təzyiq edə bilər.

İdman nöqteyi-nəzərindən düşünürəm ki, onlar Çekoya onunla bərabər səviyyədə mübarizə aparmaq üçün hər cür imkan verməlidirlər. Amma bilirəm ki, Ferstappen və atası Red Bull-a böyük təzyiq göstərəcəklər. Maks deyəcək: “Mən sizin gələcəyinizəm. Bütün komanda mənim ətrafımda qurulub”. O, bu kartdan istifadə edəcək.

Biz gənc oğlanların – Qasli və Əlbonun oraya necə gəldiklərini və meydanda tək qaldıqlarını gördük. Onları qorxutmaq asan idi, ona görə də başqa yerə getməli oldular. Hətta demək olar ki, Mark Vebber və Daniel Rikkardo da bu halı özləri yaşayıblar. Red Bull-da düşmən mühiti var. Səni qucaqlayıb deməzlər ki, “sənin qayğına qalacağıq, narahat olma”.

Çekonun tərəfində insanlar var. Gəlin görək nə baş verir. Amma nə olursa olsun, Ferstappenlər buna dözməyəcəklər. Səudiyyə Ərəbistanından sonra hamı gördü ki, Maks… mən deyərdim ki, hirsindən dodağını gəmirir. O, ikinci olmağı sevmədiyi üçün çox bədbəxt görünürdü”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*