F-1.az xatırladır ki, mövsümün əvvəlində FİA yarışların elektronik damalı bayraqla bitəcəyi ilə bağlı qərar çıxarmışdı. Bunun səbəbi isə 2018-ci ilin Kanada yarışında məşhur model Uinni Harlounun damalı bayrağı yarışın bitməsinə iki dövrə qalmış sallaması olmuşdu.
Ancaq builki Yaponiya yarışında da buna bənzər hadisə yaşanıb. Yarışın 53 dövrə davam etməsi gözlənilirdi və elə də oldu. Amma yarışın sisteminə əsasən damalı bayraq 52-ci dövrənin sonunda sallanmışdı. Reqlamentə əsasən damalı bayraq sallanan kimi yarış bitməlidir. Buna görə də Suzukada 52-ci dövrənin sonundakı nəticələr əsas götürülmüşdü. Buna görə də son dövrədə mübarizəni dayandıran Serxio Peres 9-cu yeri tutaraq xal qazanmışdı.
Bu həftənin üçüncü günü keçirilən ümumdünya avtoidman şurasında yenidən fiziki damalı bayrağa keçilməsi barədə qərar verilib. Əgər bayraq səhvən sallansa, yarış o anda bitmiş sayılacaq.