Dallara-nın şassisi C.Uillisi məyus edib

Ceff Uillis təcrübəli və mötəbər mühəndisdir. Onun Formula1-də karyerası keçən əsrin 90-cı illərində Leyton House komandası ilə əməkdaşlıqla başlayıb, daha […]

Ceff Uillis təcrübəli və mötəbər mühəndisdir. Onun Formula1-də karyerası keçən əsrin 90-cı illərində Leyton House komandası ilə əməkdaşlıqla başlayıb, daha sonra o Ədrian Nyui ilə birlikdə Williams-da çalışıb, Ədrian McLaren-ə keçdikdən sonra aerodinamika şöbəsinə başçılıq edib. Daha sonra o BAR, Honda komandalarında çalışıb və Ədrian Nyui ilə birlikdə Red Bull komandasının texniki departamentinə başçılıq edib. Bu ildən Ceff Hispania komandasının texniki ştabına cəlb olunub.

Yeni işində Uillis İtaliyanın Dallara şirkətinin hazırladığı şassi ilə qarşılaşıb – bu şirkət uzun illərdir ki, müxtəlif seriyalar üçün yarış maşınları hazırlayır. Ekspertlər hesab edirdilər ki, Formula1 səviyyəsinə qalxan şirkət irəliyə doğru böyük addım atacaq, çünki şirkət öz yenilik və texnologiyalarını çox rəqabətədavamlı mühitdə sınamaq imkanı əldə edəcək, amma, deyəsən, əməkdaşlıq vaxtından əvvəl başa çata bilər.

Campos komandasının varisi kimi Hispania bir neçə maraqlı müqavilə əldə edib, məsələn, Dallara ilə əməkdaşlıqda heç bir texniki sənədlərin, şəkillərin komandaya verilməsi nəzərdə tutulmur, amma mühəndislərin kortəbii işləməsi azmış kimi, Ceff hesab edir ki, maşın prinsipcə, Formula1-in səviyyəsinə uyğun deyil…

Ceff Uillis: “Düzünün desəm, çox məyus olmuşam. Bu layihənin taleyinə bir çox faktorlar təsir edib, xüsusən də maliyyə problemləri. Biz Bəhreyn yarışı üçün maşını tələsik hazırlayarkən çox şeyə göz yumduq, amma hətta bu halda da çox şeyə ümid edirdik.

Mən peletonun quyruğunda sürünən maşınla işləmək istəmirəm, mənim işim maşının sürətini artırmaqdır və əmin olmaq istəyirəm ki, bizim ciddi maliyyə proqramımız var.

Bu maşın Formula1-in müasir standartlarına cavab vermir və bunun səbəbini indi araşdırmaq vacib deyil. Biz maşını təkmilləşdirməliyik, Dallara ilə və ya onalrsız, bunu yaxın həftələrdə müəyyən etməliyik.

Amma belə maşınla işləmək çox çətindir. Mən əmin idim ki, belə bir təcrübəli şirkət öz işinin öhdəsindən yüksək səviyyədə gələcək, amma bu belə deyil. Hətta sazlanmaları dəyişmək və ya sadəcə nəyisə dəyişmək bəzən çox əziyyətli olur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*