F-1.az bildirir ki, bayram mərasimi Paraqvay çayının sahilində, ölkə prezidentinin rəsmi rezidensiyasının qarşısındakı meydanda baş tutub. Meydana toplaşan azarkeşlər idmançıları alqışlarla qarşılayıblar.
Yanvarın 2-də marafonun iştirakçıları cənuba Argentinanın Resistensiya şəhərinə tərəf ilk mərhələyə yollanacaqlar. İlk mərhələnin uzunluğu 454 kilometr olsa da, xüsusi sürətli sahə cəmi 39 km təşkil edəcək.
Xatırladaq ki, marafonun startına 143 motosiklet, 37 kvadrosikl, 77 yolsuzluq maşını, 50 yük maşını çıxacaq və marafon 14 gündən sonra başa çatacaq…