F-1.az marafon rallinin rəsmi saytına istinadən xəbər verir ki, fransalı sürücü Lionel Bodanın idarə etdiyi Mitsubishi Lancer-in iştirak etdiyi insident mərhələnin 82-ci kilometrində baş verib. Mərhələnin protokolunda qeyd olunub ki, sürücünün maşını trasa çıxmış tamaşaçını vurub. Tamaşaçı aldığı zədədən dərhal ölüb, hadisə yerinə çatan tibbi personal ancaq ölüm faktını qeydə ala bilib.
Xatırladaq ki, rallinin ilk mərhələsində marafona qatılmış birinci çinli qadın sürücü Qo Meylin də tamaşaçılara çırpılmışdı və 6 tamaşaçı xəsarət almışdı, onlardan biri hələ də ağır vəziyyətdədir…