Dakar-2013: 7-ci gün (video)

Xəbər verdiyimiz kimi, artıq yeddi gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi Amerikanın […]

Xəbər verdiyimiz kimi, artıq yeddi gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən marafon iştirakçıları Kalama məntəqəsidən Salta məntəqəsinə qədər 752 km-lik məsafə qət edərək Çilidən Argentinaya adlayıblar – bütün nəqliyyat növləri üçün 218 km-lik xüsysu sürətli sahə ayrılıb.

Bu gün marafon ilk iştirakçısını itirib – KTM komandasının 25 yaşlı fransalı sürücüsü Tom Burjen Çilinin sərhədində polis avtomobilinə çırpılaraq dünyasını dəyişib. Xatırladaq ki, dünən marafona məxsus müşaiyət maşının iki taksi ilə toqquşması nəticəsində yerli azarkeşlərdən iki nəfər ölmüş və yeddi nəfər xəsarət almışdı.

Motosiklet sürücüləri arasında bu gün ilk iki yeri KTM sürücüləri tutublar – amerikalı Kurt Kaselli finişdə çilili Fransisko Lopesi qabaqlayıb. Ümumi sıralamada Yamaha sürücüsü Olivye Pan birincidir – 17:28:17, Lopes ikincidir (+ 00:06:06).

Kvadrosiklet sürücüləri arasında yarışların favoriti Yamaha-nın sürücüsü Markoş Patronelli bu gün də ikinci olub, qələbəni isə Can-Am komandasının çilili sürücüsü Sebastyan Palma bayram edib. Ümumi sıralama Markoşun liderliyi davam edir – 20:08:33, onun komanda yoldaşı İgnasio Kasale ikinci yerdədir (+ 01:14:30).

Avtomobillərin yarışında isə BMW-nin hazırladığı Mini-nin sükanı arxasında Stefan Petransel ikinci qələbəsini qazanıb və ümumi sıralamada liderliyini bir qədər möhkəmlədib. Stefan Qatar Red Bull komandasının təsisçisi qətərli Nasser əl-Atiyyahı ümumi sıralamada 3 dəqiqə 14 saniyə qabaqlayır. Qeyd edək ki, Nasserin komanda yoldaşı əfsanəvi Karlos Sayns uğursuzluqla üzləşib və marafonda mübarizəni dayandırıb.

Yük maşınlarının yarışında İveco-nun sürücüsü Jerar de Roy artıq 5-ci qələbəsini qazanıb və bu dəfə Tatra-nın sürücüsü Aleş Lopraysı qabaqlayıb. Ümumi sıralamada de Roy liderliyini davam etdirib – 19:26:06, KamAZ-ın sürücüsü Eduard Nikolayev ikincidir (+ 00:22:08).

Yarış bu gün davam edəcək…

, , , , , , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*