Dakar-2013: 6-cı gün (video)

Xəbər verdiyimiz kimi, artıq altı gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi Amerikanın […]

Xəbər verdiyimiz kimi, artıq altı gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən marafon iştirakçıları Arika məntəqəsidən Kalama məntəqəsinə qədər 769 km-lik məsafə qət edərək Perudan Çiliyə adlayıblar – bütün nəqliyyat növləri üçün 438 km-lik xüsysu sürətli sahə ayrılıb.

Gün qara xəbərlə başlayıb: Çilinin sərhədinə 10 km qalmış Takna şəhəri yaxınlığında iki taksi marafonun müşaiyət maşınına çırpılıb və nəticədə 2 nəfər ölüb, 7 nəfər isə müxtəlif zədələrlə yerli hospitala yerləşdirilib.

Motosiklet sürücüləri arasında bu dəfə ilk dörd yeri KTM sürücüləri tutublar – çilili Fransisko Lopes vətənində ilk qələbəsini bayram edib. Ümumi sıralama Yamaha sürücüsü Olivye Pan birincidir – 15:35:23, qələbəyə əsas namizəd sayılan KTM sürücüsü Siril Depre ikincidir (+ 00:02:22).

Kvadrosiklet sürücüləri arasında yarışların favoriti Yamaha-nın sürücüsü Markoş Patronelli ardıcıl 4 qələbədən sonra bu gün ikinci olub, qələbəni isə onun komanda yoldaşı çilili İqnasio Kasale bayram edib. Ümumi sıralama Markoşun liderliyi davam edir – 17:42:53, Kasale ikinci yerə yüksəlib (+ 01:11:56).

Avtomobillərin yarışında isə Qatar Red Bull komandasının təsisçisi qətərli Nasser əl-Atiyyah növbəti qələbəsini qazanıb və ümumi sıralamada birinci olan BMW-nin hazırladığı Mini-nin sükanı arxasında Stefan Petranseli qabaqlayıb. Ümumi sıralamda Stefan Nasseri cəmi 1 dəqiqə 18 saniyə qabaqlayır.

Yük maşınlarının yarışında İveco-nun sürücüsü Jerar de Roy KamAZ-ın sürücüsü Andrey Karqinovu qabaqlayıb. Ümumi sıralamada de Roy liderliyini davam etdirib – 17:23:45, KamAZ-ın sürücüsü Eduard Nikolayev ikincidir (+ 00:18:40).

Yarış bu gün davam edəcək…

, , , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*