Dakar-2013: 2-ci gün (video)

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Artıq 5-ci ildir ki, yarışlar Cənubi […]

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Artıq 5-ci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən 448 ekipaj Pisko şəhərinin ətrafında 327 km-lik məsafə qət edib və bütün nəqliyyat növləri üçün 242 km-lik sürətli xüsusi sahə ayrılıb.

Motosiklet sürücüləri arasında ən sürətli Husqvarna-nın sükanı arxasında ispaniyalı Xuan Barreda Bort olub. Qələbəyə əsas namizəd sayılan KTM sürücüsü Siril Depre 12-ci nəticə göstərib və finişdə liderə 10 dəqiqə 10 saniyə uduzub. İki mərhələdən sonra Xuan liderliyi ələ alıb – 03:24:11.

Kvadrosiklet sürücüləri arasında ən sürətli Yamaha-nın sükanı arxasında Markoş Patronelli olub – argentinalı sürücü 242 km-lik məsafəni 3 saat 2 dəqiqə 40 saniyəyə qət edərək ən yaxın rəqibini 1 dəqiqə 6 saniyə qabaqlayıb. Yarışların favoriti iki mərhələdən sonra liderliyə yüksəlib – 03:50:45.

Avtomobillərin yarışında isə maraqlı nəticələr davam edir. Qətərli Nasser əl-Attiyahın hazırladığı baqqinin sükanı arxasında Qatar Red Bull komandasının digər tanınmış sürücüsü Karlos Sayns yenə də finişdə birinci olub və ən yaxın rəqibini – Dakarın ən titullu sürücüsü Stefan Petranseli BMW-nin hazırladığı Mini-nin sükanı arxasında 3 dəqiqə 23 saniyə qabaqlayıb. Nasser özü bu dəfə 7-ci olub. İki mərhələdən sonra Sayns liderliyini davam etdirir – 02:55:15, Petransel ikincidir (+ 00:05:05).

Yük maşınlarının yarışında əsas favorit meydan sulayır. İveco-nun lideri Jerar de Roy birinci olub, liderə 1 dəqiqə və 1 saniyə uduzan Tatra sürücüsü Aleş Loprays 2-ci olub. İki mərhələdən sonra de Roy Lopraysı 2 dəqiqə 16 saniyə qabaqlayır.

Qeyd edək ki, artıq 45 ekipaj yarışı dayandırıb – 13 motosiklet, 4 kvadrosiklet, 24 avtomobil və 4 yük maşını. Yarış bu gün davam edəcək…

dakar-12
dakar-13
dakar-14
dakar-15

, , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*