Dakar-2013: 12-ci gün (video)

Xəbər verdiyimiz kimi, artıq on üç gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi […]

Xəbər verdiyimiz kimi, artıq on üç gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən marafon iştirakçıları Fyambala məntəqəsidən Kopyapo məntəqəsinə qədər 716 km-lik məsafə qət ediblər. Marafon təşkilatçıları bütün nəqliyyat vasitələri üçün 319 km sürətli xüsusi sahə ayırıblar.

Motosiklet sürücüləri arasında bu dəfə Yamaha-nın hollandiyalı sürücüsü Frans Verhoven hamını qabaqlayıb. KTM-in fransalı sürücüsü Siril Depre ümumi sıralamada liderliyini davam etdirib – 37:46:59, onun komanda yoldaşı Ruben Faria ikincidir (+ 00:05:39).

Kvadrosiklet sürücüləri arasında Honda-nın misirli sürücüsü Sebastyan Huseyni hamıdan sürətli olub. Yarışların lideri Yamaha-nın sürücüsü Markoş Patronelli yenə də ikinci olub, ümumi sıralamada Markoşun liderliyi davam edib – 43:01:35, onun komanda yoldaşı İgnasio Kasale ikinci yerdədir (+ 01:52:35).

Avtomobillərin yarışında BMW-nin hazırladığı Mini-nin sükanı arxasında Xuan Roma marafonda artıq 3-cü qələbəsini qazanıb və bu qələbədən sonra ümumi sıaralamada da üçüncü yerə yüksəlib (+ 01:31:06). Xuanı komanda yoldaşı Stefan Petransel (32:50:02) və Toyota-nın sürücüsü Jinel de Vilyers (+ 00:50:21) qabaqlayırlar.

Yük maşınlarının yarışında KamAZ-ın sürücüsü Andrey Karqinov qələbə qazanıb və ümumi sıralamada 3-cü yerə yüksəlib. Onu yalnız komanda yoldaşları Eduard Nikolayev (33:12:35) və Ayrat Mardeyev (+ 00:31:20) qabaqlayırlar.

Yarış bu gün davam edəcək…

, , , , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*