Dakar-2013: 11-ci gün (video)

Xəbər verdiyimiz kimi, artıq on iki gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi […]

Xəbər verdiyimiz kimi, artıq on iki gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən marafon iştirakçıları La Ryoxa məntəqəsidən Fyambala məntəqəsinə qədər 482 km-lik məsafə qət ediblər. Marafon təşkilatçıları avtomobillər və yük maşınları üçün 219 km sürətli xüsusi sahə ayırıblar, digər nəqliyyat növləri üçün xüsusi sahənin uzunluğu daha 1 km uzun olub.

Amma güclü yağan yağış və nəticədə məcrasından çıxan çaylar yaraışın gedişinə müdaxilə ediblər.

Motosiklet sürücüləri arasında bu dəfə KTM-in amerikalı sürücüsü Kurt Kazselli hamını qabaqlayıb. Amma onun komanda yoldaşı Siril Depre ümumi sıralamaya başçılıq edir – 33:48:29, daha bir KTM sürücüsü Ruben Faria ikincidir (+ 00:01:37).

Kvadrosiklet sürücüləri arasında Honda-nın avstraliyalı sürücüsü Pol Smit hamıdan sürətli olub. Yarışların lideri Yamaha-nın sürücüsü Markoş Patronelli bir günlük fasilədən sonra yenidən podiuma qayıdıb. Qazandığı ikinci yer ümumi sıralamada Markoşu əlçatmaz edib – 38:23:33, onun komanda yoldaşı İgnasio Kasale ikinci yerdədir (+ 01:50:22).

Avtomobillərin yarışı bu dəfə birinci nəzarət məntəqəsində yarımçıq dayandırılıb. Məntəqəyə Hummer-in sükanı arxasında birinci çatan Robbi Qordon günün qalibi elan olunub. İlk 20 sürücü 1 saat ərzində məntəqəyə çata bilib, sonrakı yerləri tutan sürücülərin hamısına eyni vaxt verilib. Ona görə də BMW-nin hazırladığı Mini-nin sükanı arxasında Stefan Petransel marafonda liderliyini daha da möhkəmlədib – 29:07:25, ikinci yerdə Toyota-nın sürücüsü Jinel de Vilyersidr (+ 00:52:38).

Yük maşınlarının da mübarizəsi 1-ci nəzarət məntəqəsinə qədər davam edib. Məntəqəyə birinci çatan İveco-nun sürücüsü Jerar de Roy qalib elan olunub. İlk 12 nəfərdən sonra hamıya eyni vaxt verilib. Ona görə də KamAZ-ın sürücüsü Eduard Nikolayev ümumi sıralamada liderliyə davam edib – 28:56:24, onun komanda yoldaşı Ayrat Mardeyev ikinci yerə yüksəlib (+ 00:35:11).

Yarış bu gün davam edəcək…

, , , , , , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*