Dakar-2013: 1-ci gün (video)

Xəbər verdiyimiz kimi, dünən Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Artıq 5-ci ildir ki, yarışlar Cənubi Amerikanın 3 […]

Xəbər verdiyimiz kimi, dünən Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Artıq 5-ci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən 453 ekipaj Lima şəhərindən Pisko şəhərinə qədər Sakit Okeanın sahilləri ilə 250 km məsafə qət edib – bütün nəqliyyat növləri üçün 13 km-lik sürətli xüsusi sahə ayrılıb.

Motosiklet sürücüləri arasında ən sürətli KTM-in sükanı arxasında çilili Fransisko Lopes olub. Qələbəyə əsas namizəd sayılan KTM sürücüsü Siril Depre yarışların ilk günü 5-ci nəticə göstərib və finişdə liderə 13 saniyə uduzub.

Kvadrosiklet sürücüləri arasında ən sürətli Yamaha-nın sükanı arxasında İqnasio Flores Seminario olub – perulu sürücü 13 km-lik məsafəni 9 dəqiqə 22 saniyəyə qət edərək ən yaxın rəqibini 11 saniyə qabaqlayıb. Yarışların favoriti argentinalı Markoş Patronelli birinci günü 3-cü yerdə başa vurub və liderə 15 saniyə uduzub.

Avtomobillərin yarışında isə maraqlı nəticələr göstərilib. Qətərli Nasser əl-Attiyahın hazırladığı baqqinin sükanı arxasında Qatar Red Bull komandasının digər tanınmış sürücüsü Karlos Sayns finişdə birinci olub və ən yaxın rəqibini 8 saniyə qabaqlayıb. Nasser özü 10 saniyə uduzaraq 4-cü olub. Dakarın ən titullu sürücüsü Stefan Petransel isə BMW-nin hazırladığı Mini-nin sükanı arxasında yalnız 8-ci olub və liderə 34 saniyə uduzub.

Yük maşınlarının yarışında hər üç favorit öz sözünü deyib. Jerar de Roy birinci olub, İveco-nun digər sürücüsü Hans Steysi komanda yoldaşına 16 saniyə uduzub. Liderə 25 saniyə uduzan Tatra sürücüsü Aleş Loprays 3-cü olub.

Qeyd edək ki, artıq 5 ekipaj yarışı dayandırıb – 4 avtomobil və 1 kvadrosiklet. Yarış bu gün davam edəcək…

dakar-7
dakar-8
dakar-9
dakar-10

, , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*