Dakar-2011 başa çatıb

Qətərli sürücü Naser əl-Attiyə məşhur Dakar ralli marafonunun qalibi olub – ralli bu gün Argentinanın paytaxtı Buenos Ayresdə başa çatıb. […]

Qətərli sürücü Naser əl-Attiyə məşhur Dakar ralli marafonunun qalibi olub – ralli bu gün Argentinanın paytaxtı Buenos Ayresdə başa çatıb. İkinci dəfə ardıcıl olaraq Volkswagen zavod komandası bütün podiumu zəbt edib.

Keçən il finişdə ikinci olmuş əl-Attiyyə yarışı rahat keçirib, ciddi problemlərdən uzaq olub və komanda yoldaşlarını böyük üstünlüklə qabaqlayıb. Keçəilki qalib Karlos Sayns bu dəfə üçüncü olub, iki il əvvəl qələbə qazanmış Jinel de Villyers isə ikinci olub.

Naser əl-Attiyə: “Biz bunu etdik, mən çox xoşbəxtəm! Mənim üçün, mənim xalqım üçün və mənim bütün ölkəm üçün bu qələbə böyük əhəmiyyət kəsb edir – məncə, indi Qətəri çox adam tanıyacaq. Mən şadam ki, bizim komandamız ralliyə qayıtdıqdan sonra üç il ərzində biz üç ardıcıl qələbə qazanmışıq. Bu mənim karyeramın ən yaxşı anıdır!”

Motosiklet yarışında yenə də mübarizə KTM komandasının sürücüləri Mark Koma və Siril Depre arasında gedib. Mark rallidə üçüncü qələbəsini qazanamqla, bu göstəricidə də Sirilə çatıb.

dakar5
Ağır yük maşınlarının yarışında isə ilk dörd yeri Rusiyanın KamAz komandası tutub – zavod komanda rallidə onuncu qələbəsini qazanıb. Birinciliyi Vladimir Çaqin əldə edib – rusiyalı sürücü Dakarın yeddiqat çempionu olub. Sonrakı yerləri Firdaus Kabirov, Eduard Nikolayev və İlgizar Mardeyevin ekipajları tutublar.

Rallidə start almış üç keçmiş Formula1 sürücülərindən yalnız hollandiyalı Yan Lammers finiş görüb – Yan Ginaf yük maşınının sükanı araxsında finişdə 17-ci olub.

Sabah Buenos Ayresdə Dakar-2011 təntənəli bağlanış mərasimi olacaq və qaliblərə mükafatlar təqdim olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*