Daimler-in sərmayədarları Mercedes AMG komandasından razı deyillər?

Lyuis Həmiltonun Mercedes AMG komandasına gəlişi ilə Ştutqart konserninin zavod komandasının tarixində yeni fəsil başlayır və Lyuisə böyük ümidlər bəslənir. […]

Lyuis Həmiltonun Mercedes AMG komandasına gəlişi ilə Ştutqart konserninin zavod komandasının tarixində yeni fəsil başlayır və Lyuisə böyük ümidlər bəslənir. Amma Almaniyadan həyəcanlı xəbərlər gəlir ki, Daimler AG iri sərmayədarlar tərəfindən təzyiqə məruz qalır – onlar Formula1 komandası kimi bahalı layihənin bağlanmasını tələb edirlər. Bu barədə Almaniyanın nüfuzlu Frankfurter Allgemeine qəzeti xəbər yayıb.

Məlumdur ki, Formula1-də Mercedes AMG komandası həmişə məsrəflərin maksimum azaldılması və işçi ştatının ixtisar olmasına çalışıb, amma indi Almaniyanın Union İnvestmentDWS İnvestments sərmayə fondları komandanı “xroniki xəstəliyə tutulmaqda”, yəni daim aşağı nəticələr göstərməkdə ittiham edirlər: son üç ildə komanda yaddaqalan nailiyyət qazana bilməyib və təxminən 40 yarışdan yalnız birində – 2012-ci ilin Çin Qran Prisində Niko Rosberq qələbəyə sevinib. Əlbəttə, Daimler AG-nin səhmdarları vəziyyətdən razı deyillər – dünya çempionatında komandanın iştirakına çəkilən böyük xərclər özünü doğrultmur…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*