Daily Mail: Mixael Şumaxer yatağa bağlı deyil

İki həftədən sonra Mixael Şumaxerin Alp dağlarında xizək yürüşü zamanı yıxılaraq ağır kəllə zədəsi almasından düz 5 il keçəcək. Mixaelin sağlamlıq durumu barədə məlumat mətbuata çox nadir hallarda sızır - sürücünün ailəsi onun şəxsi həyatını ciddi qoruyur.

F-1.az xatırladır ki, əfsanəvi sürücü barədə mətbuata son məlumatı bu günlərdə FİA-nın prezidenti Jan Todt vermişdi. Mixaelin keçmiş komanda başçısı jurnalistlərə danışmışdı ki, Braziliya Qran Prisini Qırmızı Baronla birlikdə izləyibmiş. Bu gün isə Britaniyanın Daily Mail tabloidi heç bir mənbəyə istinad etmədən Şumaxerin sağlamlığı barədə yeni məlumatlar dərc edib.

Yazıda deyilir ki, “Mixael yatağa bağlı deyil və süni nəfəs aparatına da qoşulmayıb, amma buna baxmayaraq, tam tibbi nəzarət və terapiya altındadır, həftəlik tibbi xərcləri isə 50 min funtu aşmır…”

Tabloid bildirib ki, Mixael ailəsi ilə birlikdə İsveçrədəki malikanəsində yaşayır, onun üçün əlavə otaq tikilməyib. Bəzi jurnalistlərin əvvəllər qeyd etdikləri əlavə otaq hələ Mixaelin zədələnməsindən öncə tikilməyə başlayıbmış və onun atası üçün nəzərdə tutulubmuş – elə indi də Rolf Şumaxer oğlunun yanına gələndə bu otaqda qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*