Daha üç şəhərdə festival keçiriləcək

F-1.az xəbər vermişdi ki, gələn il baş tutacaq Fransa Qran Prisindən əvvəl Marseldə bu ilin yayında Londonda keçirilən festivaldan təşkil olunacaq. Formula1-sin sahibi Liberty Media sürücülərin və komandaların iştirakı ilə daha üç şəhərdə belə tədbirlər keçirməyi planlaşdırır.

Şayiələrə görə, 2018-ci ildə Marsellə yanaşı, Şanxay, Mayami və Rio de Janeyroda da bənzər tədbirlər baş tutacaq. Tarixlər məlum olmasa da, həmin şəhərlərin sakinlərinin Formula1 maşınlarını müvafiq olaraq Çin, ABŞ və Braziliya Qran Prilərindən bir neçə gün əvvəl görəcəklərini ehtimal etmək mümkündür.

Qeyd edək ki, növbəti ildən etibarən komandalar belə şoularda ən sonuncu maşınlarından da istifadə edə bilərlər. Lakin indiyə qədər yalnız keçmiş maşınlara icazə verilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*