F-1.az xəbər verir ki, Mercedes AMG-nin hər iki sürücüsü və Niko Hülkenberq ikinci rekuperasiya sisteminin akkumulyatoruna (ES) keçiblər. Həmilton həm də ikinci elektron idarəetmə blokundan (CE) istifadə etməyə başlayıb. Say limiti keçilməyib və heç bir sürücü bu dəyişikliklərə görə cərimələnməyib.
Xatırladaq ki, ilk sessiyadan əvvəl beş maşında güc qurğusunun elementləri dəyişdirilmişdi.