F-1.az xatırladır ki, 26 yaşlı Okon dünən sıralanma turunda 18-ci yeri tutmuş və ilk sessiyada ələnmişdi. Bundan sonra Alpine komandası gənc sürücünü tamamilə yeni güc qurğusuna keçirməyə qərar verdi. Okon limiti keçdiyi üçün onu cərimə gözləyirdi. Amma Alpine komandası bu dəyişikliyi FİA nümayəndələrinə xəbər vermədən etdiyi üçün Okon yarışa pit yolundan başlayacaq.
AlphaTauri komandasından Yuki Tsunoda isə yeni ötürmələr quttusuna keçəcək. Tsunoda bu detalda limiti keçdiyi üçün startda 5 yer itirəcək. Yaponiyalı bu cəzadan sonra yarışa 19-cu yerdən start verəcək.