F-1.az xatırladır ki, yeddiqat dünya çempionu 2013-cü ilin sonunda Alp dağlarında xizək sürərkən yıxılaraq başından zədə almış və o dövrdən bəri vəziyyəti ilə bağlı demək olar ki, heç bir məlumat verilməyib. Onun ağır reabilitasiya dövründən keçdiyi bildirilir.
Mixaelin adına xüsusi model buraxmış saat markası olan və 2011-ci ildən əməkdaşlıq edən Audemars Piguet və alman qapı istehsalçısı Hormann Group əməkdaşlığı davam etdirməyəcəklər – onlar Mixaelin nümayəndələri ilə müqaviləni uzatmaq barədə razılığa gəlməyiblər.
Şumaxerin ən sadiq sponsorlarından olan Deutsche Vermögensberatung əməkdaşlığı 1996-cı ildən bəri davam etdirir və hazırda Mik Şumaxerin European Formula3 seriyasında çıxış etməsinə dəstək olur.